AZ

Trampın Şotlandiyada qolf medyançası istifadəyə verildi


ABŞ Prezidenti Donald Tramp Şotlandiyaya 5 günlük səfərinin sonunda Aberdin şəhəri yaxınlığında öz şirkətinə məxsus qolf meydançasını təntənəli şəkildə açıb.

Demokrat.az bu barədə "Fox News" telekanalına istinadla xəbər verir.

Mərasimdə prezidentin oğulları Erik Tramp və kiçik Donald Tramp iştirak ediblər.

Meydança ABŞ prezidentinin Şotlandiyada doğulmuş anası Meri Enn Maklud Trampın şərəfinə "MacLeod Course" adlandırılıb.

18 dəlikli meydançanın tikintisi 2023-cü ildə başlanıb və avqustun 13-də ziyarətçilərin üzünə açılacaq.

Seçilən
33
2
demokrat.az

3Mənbələr