"Qalatasaray"da Alvaro Morata problemi yaşanır.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı hücumçu dünən keçirilən məşqdə iştirak etməyib. O, ümumiyyətlə İspaniyadan qayıtmayıb.

Təcrübəli futbolçu "Komo"ya transfer olmaq istəyir. "Qalatasaray" isə bu keçidin baş tutmağı üçün 6 milyon avro tələb edir.

Hələlik klublar arasında razılaşma yoxdur.

Morata bu ilin yanvarında "sarı-qırmızılar"a qoşulub. Onun klubla bu ilin sonuna qədər müqaviləsi var.