"Çelsi" klubu növbəti transferini rəsmiləşdirməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, "zadəganlar" bu dəfə "Ayaks"ın müdafiəçisi Yorrel Hatonu heyətinə cəlb edəcək. Klublar arasında razılıq yaxın görünür. Tərəflər arasında son danışıqlar gedir.
Bu barədə xarici KİV məlumat yayıb.
Hato ilə şəxsi razılıq əldə edilib. O, klubların razılaşmağını gözləyir.
19 yaşlı müdafiəçi Amsterdam klubunun yetirməsidir. O, burada 111 oyuna çıxıb və 4 qol vurub.