AZ

Ağdamda bağça müdiri rüşvətə görə həbs edildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağdam rayonu, Dördyol qəsəbə-2 uşaq bağçasının rüşvətalmada təqsirləndirilən sabiq müdiri Kəmalə Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə K.Quliyeva 4 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, K.Quliyeva əvvəllər də oğurluğa görə məhkum edilib və ona Xətai Rayon Məhkəməsinin hökmü ilə 1 il 2 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Seçilən
31
3
demokrat.az

7Mənbələr