Azərbaycanlı futbolçu İbrahim Babayev “Barselona”nın “Juvenil B” komandası ilə məşqlərə qoşulub.
Msport.az xəbər verir ki, bu barədə klubun aşağı yaş qruplarını işıqlandıran “Futuremasia” səhifəsi məlumat yayıb.
“Servett” klubunun U-17 komandasının üzvü mövsümə hazırlığı “Barselona”nın düşərgəsində keçirib. U-17 yığmamızın 16 yaşlı üzvü ilə müqavilə imzalanıb-imzalanmadığı hələlik bəlli deyil.
Qeyd edək ki, 2008-ci il təvəllüdlü oyunçu Azərbaycan milli komandasının üzvüdür.