AZ

Azərbaycan bankı Çinin aparıcı bankı ilə strateji əməkdaşlığa başladı

Azərbaycan bankı "Premium Bank", Çinin maliyyə qurumu "Zhejiang Chouzhou Commercial Bank" ilə strateji əməkdaşlığa başlayaraq, müxbir hesabı açmış və beynəlxalq maliyyə əməliyyatlarının daha effektiv həyata keçirilməsi üçün geniş imkanlar yaratmışdır.

"Premium Bank"dan Marja-ya verilən məlumata görə, bu əməkdaşlıq, hər iki bankın maliyyə xidmətlərinin daha geniş auditoriyaya təqdim edilməsini və əməliyyatların asanlaşdırılmasını təmin edəcəkdir.

""Zhejiang Chouzhou Commercial Bank", Çin bazarında mövcud olan aparıcı maliyyə institutlarından biridir. Bu əməkdaşlıq, "Premium Bank"a Çin bazarına daha rahat giriş imkanı verəcək və həmçinin hər iki bankın beynəlxalq maliyyə əməliyyatlarında qarşılıqlı əlaqələrini artıracaqdır. "Zhejiang Chouzhou Commercial Bank"ın güclü beynəlxalq əlaqələri və təcrübəsi, "Premium Bank"ın beynəlxalq şəbəkəsini genişləndirərək maliyyə xidmətlərinin keyfiyyətini artıracaqdır",- məlumatda bildirilir.

azərbaycanbankpremiumbankçinzhejiang-chouzhou-commercial-bankmaliyyə-xidmətləri
Seçilən
21
marja.az

1Mənbələr