AZ

Astarada 55 qadın qətlə yetirilib, gəlini saxlanılıb

İyulun 29-da gecə saatlarında Astarada intihar etməsi xəbəri yayılan Kakalos kənd sakini, 1970-ci il təvəllüdlü Xalidə Manafovanın qətlə yetirilməsi məlum olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə rayon hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən müəyyən olunub ki, onun qətlində gəlini, 2004-cü il təvəllüdlü Rufanə İmanova şübhəli bilir.

İlkin ehtimala görə, o, ailə münaqişəsi zəminində kəsici alətlə qayınanasını qətlə yetirib.

R.İmanova saxlanılaraq istintaqa təhvil verilib.

Seçilən
50
4
apa.az

10Mənbələr