AZ

Adı “Liverpul”la hallanan hücumçu məşqlərə qatılmır

“Nyukasl”dan ayrılacağı gözlənilən Aleksander İsak komandanın məşqlərinə qatılmır.

Futbolpress.az xəbər verir ki, bu barədə “TBR Football” portalı məlumat yayıb. İsveçli hücumçu zədəli olduğunu bildirib və evdə fərdi məşqlər edəcəyini söyləyib. O, komandanın Asiya turunu buraxacaq.

İsak “Nyukasl”dan ayrılmaq istəyir. Onun “Liverpul”la şəxsi razılığa gəldiyi bildirilir.

Seçilən
24
futbolpress.az

1Mənbələr