AZ

ATM-də bu yazını görsəniz, dərhal uzaqlaşın!

Bankaların təklif etdiyi QR kodla nağd pul çıxarma xidməti dələduzların yeni hədəfinə çevrilib. Xüsusilə bəzi ATM-lərdə yerləşdirilən "ATM xarabdır, QR ilə çıxarın" yazıları təhlükə siqnalı verir.

Son dövrlərdə istifadəçilər mobil tətbiq vasitəsilə QR kod yaradaraq kart olmadan pul çıxara bilir. Bu üsul təhlükəsizlik və rahatlıq baxımından üstün olsa da, dələduzlar saxta QR kod etiketləri ilə istifadəçiləri bankaya bənzəyən saxta saytlara yönləndirərək hesab məlumatlarını ələ keçirirlər.

Mütəxəssislər, yalnız bankın rəsmi tətbiqi ilə əməliyyata başlamağı, QR kodu birbaşa ATM ekranından oxutmağı və ATM ekranındakı məlumatları diqqətlə yoxlamağı tövsiyə edir.

Əgər ATM-də “ATM xarabdır, QR ilə çıxarın” kimi yazılar görsəniz, həmin cihazdan istifadə etməyin, bank əməkdaşına və ya müştəri xidmətlərinə məlumat verin.

Texnologiyanın faydalarını təhlükəsiz şəkildə istifadə etmək üçün yalnız rəsmi mənbələrə güvənmək vacibdir

Xeyrənsə Piriyeva

Seçilən
59
news24.az

1Mənbələr