AZ

Mərkəz rəhbərinin həbsinə səbəb olan vəkil: "Mənim Fikrət Cəfərlini tutdurmağım ifadəsi düzgün deyil"

“Fikrət Cəfərli feysbuk səhfəsində barəmdə həqiqətə uyğun olmayan ifadələr yazaraq mənə böhtan atıb".

Mia.az-ın məlumatına əsasən, bunu Teleqraf-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, Vəkillərin İntizam Komissiyasının və Deontologiya Komitəsinin üzvü Elvin Əliyev bildirib.

"Təbii ki, məhkəmənin Fikrət Cəfərli barəsində hansı qərar qəbul edəcəyindən əvvəlcədən məlumatımın olması mümkün deyildi. Yekun çıxışımda məhkəmədən ona təqsirləndirildiyi maddənin sanksiyasında olan azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etdim və məhkəmə tərəfindən ədalətli və qanuni qərar qəbul olundu", - vəkil söyləyib.

E.Əliyev vurğulayıb ki, F. Cəfərlinin əməlində Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibi olduğu üçün barəsində ittihamedici hökm çıxarılıb: “Mən çıxışımda şəxsin əməlində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı cəzanın verilməsini xahiş etdim. Məhkəmə də yekunda öz qərarını çıxardı. Ümumiyyətlə mənim Fikrət Cəfərlini tutdurmağım ifadəsi düzgün deyil. Çünki məhkəmələr şəxsin istəkləri ilə deyil, qanuna əsaslanaraq qərar verirlər”.

Vəkil məhkəməyə müraciət etməmişdən əvvəl və yaxud məhkəmə araşdırması aparılan dövrdə F.Cəfərli ilə barışmaq barədə məsələyə də münasibət bildirib: “Şəxs paylaşımlarında nə qədər aqressiv idisə, məhkəmə prosesləri zamanı da bir o qədər şəxsimə qarşı aqressevlik nümayiş etdirdi. Özünü ümumiyyətlə, təqsirli bilmirdi. Barışmaqla bağlı hər hansı bir addımda atmayıbdır. Buna görə də barışmaq mübahisə predmeti deyildi”.

MİA.AZ

Seçilən
44
1
mia.az

2Mənbələr