Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bu gün Bakıda keçirilən “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi”nin növbəti məzun günündə çıxışı zamanı deyib.
“Dünya üzrə kibercinayətkarlığın iqtisadiyyata, dövlətə və cəmiyyətə vurduğu zərər trilyon dollarlarla hesablanır. 2025-ci ildə kibercinayətkarlığın ümumi zərəri 10 trilyon dollar civarında proqnozlaşdırılır. Bu göstəricinin 2029-cu ilə qədər 16 trilyon dollara yüksələcəyi ehtimal edilir. Kibercinayətkarlar həm özəl, həm də dövlət sektorunu hədəf ala bilər. Bu o deməkdir ki, heç bir qurum kiberhücumlardan 100 faiz sığortalanmayıb. Məhz buna görə də şirkətlərdə, dövlət qurumlarında və xüsusilə də ölkəmiz üçün kritik önəm təşkil edən müəssisələrdə kibertəhlükəsizlik üzrə müvafiq insan kapitalının, eləcə də lisenziyalı proqram təminatlarının və antivirus proqramlarının mövcudluğu müstəsna əhəmiyyət kəsb edir.