AZ

Van Dammın gəlini Bakıdan paylaşım etdi - “... çox sevirəm" - FOTOlar

Hollivud ulduzu Jan Klod Van Dammın gəlini, azərbaycanlı pianoçu Suada Hacızadə Bakıya gəlib.

Ölkə.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Suada Hacızadə şəxsi sosial media hesabında paylaşım edib.

O, paylaşımında bunları qeyd edib:

"Salam. Mənim adım Suadadır. Mən azərbaycanlıyam və çox çayxoram. Xüsusilə də Xəzər dənizi mənzərəsi ilə çay içməyi çox sevirəm".

Qeyd edək ki, Suada Hacızadə 2021-ci ilin iyun ayında Van Dammın oğlu Kristofer Van Damm ilə Azərbaycanın Türkiyədəki Baş Konsulluğunda nikah bağlayıb. Hazırda cütlük ABŞ-də yaşayır.

Seçilən
51
15
olke.az

10Mənbələr