Bakı. Trend:
Ölkəmizdə idmanın inkişafına ardıcıl kömək göstərən ABB buistiqamətdə daha bir addım atıb. Korporativ sosial məsuliyyətsiyasəti çərçivəsində Bank “Qarabağ” Futbol Klubunun rəsmitərəfdaşı olub. ABB Klubun fəaliyyətini dəstəkləyəcək, onun dahaböyük uğurlar qazanmasına töhfə verəcək.
Tərəfdaşlıq razılaşması ölkəmizdə uşaq futbolunun inkişafınaqarşılıqlı köməyi, o cümlədən uşaqlar üçün futbol məktəbininyaradılması kimi birgə layihələri də əhatə edir. Klubla tərəfdaşlıqABB brendinin, Bankın məhsul və xidmətlərinin daha da tanınmasınamüsbət təsir göstərəcək.
“Qarabağ” Futbol Klubu ötən əsrin 50-ci illərindənfəaliyyətdədir. Bu illər ərzində Klub Azərbaycana parlaq qələbələrqazandıraraq futbol tariximizdə bir çox ilklərə imza atıb.
Qeyd edək ki, ABB “Qarabağ” Futbol Klubundan başqa, AzərbaycanBoks Federasiyasının, Azərbaycan Voleybol Federasiyasının,Azərbaycan Basketbol Federasiyasının da rəsmi tərəfdaşıdır.
ABB-nin öz korporativ sosial məsuliyyət siyasətində idmanaxüsusi yer verməsində əsas məqsəd ölkəmizdə idmanın populyarlaşmasıvə kütləviləşməsidir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internetsəhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmiFacebook səhifəsindən əldə etmək olar.