Özbəkistanlı müğənni Zeboyi Jaxon Səmərqənd şəhərindəki evində öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin "Milliy" telekanalı məlumat yayıb.
Məlumata görə, əsas şübhəli onun əridir. Faciə iyulun 26-da baş verib. Ər-arvad arasında münaqişə baş verib, nəticədə kişi 33 yaşlı sənətçini əlləri ilə boğub. Onun üç övladı var idi.
Artıq şübhəli şəxs saxlanılıb, faktla bağlı cinayət işi açılıb.
Ağarza Elçinoğlu