AZ

Polis itkin düşən 16 yaşlı qızı tapdı - YENİLƏNİB

Bakı şəhər Sabunçu rayonunda 16 yaşlı qız itkin düşüb.
Bakupost.az xəbər verir ki, Zabrat qəsəbəsi Şərifzadə küçəsində yaşayan 2009-cu il təvəllüdlü Qəmər Həsənova iyulun 28-də yaşadığı evdən xəbərsiz çıxaraq itkin düşüb.

Faktla bağlı Sabunçu RPİ-nin 15-ci Polis Bölməsində araşdırma aparılır.

***
10.33

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Bakupost.az -a bildirib ki, itkin düşmüş kimi axtarışı elan olunan yeniyetmənin yeri müəyyən olunub. Hazırda onun həmin ünvandan götürülərək aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

***

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, itkin düşmüş kimi axtarışa elan olunan 16 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən tapılıb.

Seçilən
27
2
sherg.az

3Mənbələr