AZ

Azərbaycan UİD - Uluslararası Demokratlar Birliyində önəmli müzakirə aparılıb

Azərbaycan Respublikasında fəaliyyət göstərən Uluslararası Demokratlar Birliyi (UİD) Azərbaycan nümayəndəliyi əhəmiyyətli bir heyəti qəbul edib. Kıbrıs Türk Xəbər Agentliyinin Azərbaycan üzrə nümayəndəsi Serdar Şengül, Türk Aksakallılar Birliyinin sədr müavini və jurnalist Elnur Eltürk, eləcə də Ankara Başkent Postasının baş koordinatoru Murat Genç UİD Azərbaycan ofisini ziyarət rəsmi ediblər. Heyəti, UİD-in QHT-lərlə əlaqələr üzrə rəhbəri Mühtərəm Öz müşayiət edib.

Görüş zamanı Mühtərəm Öz UİD Azərbaycan nümayəndəliyinin fəaliyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, təşkilat, Azərbaycanda yaşayan Türkiyə Cümhuriyyəti vətəndaşlarına hər sahədə dəstək verir, eyni zamanda, Azərbaycan ilə Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) arasında güclü kommunikasiya körpüsü qurmaq üçün xidmət yönümlü fəaliyyət göstərir. O, həm Türkiyədən, həm ŞKTC-dən, həm də Azərbaycandan olan QHT və media nümayəndələrini qəbul etməkdən məmnunluq duyduğunu bildirib.

Görüşdə həmçinin UİD Azərbaycan Təşkilatlanma rəhbəri Həsən Cengiz, AR-GE və təhsil rəhbəri Fərhat Cəğil, UİD idarə heyətinin üzvü Baran Çelik də iştirak ediblər.

Kıbrıs Türk Medianın Azərbaycan nümayəndəsi Serdar Şengül çıxışında bildirib ki, UİD həm Türkiyə vətəndaşları, həm də ŞKTC vətəndaşları üçün olduqca vacib bir təşkilatdır və göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Şengül, Azərbaycanla Türk dünyası arasında birliyin güclənməsində bu cür təşkilatların mühüm rol oynadığını vurğulayıb.

Başkent Postasının baş koordinatoru Murat Genç isə UİD rəhbərliyinə qonaqpərvərlik üçün təşəkkür edərək, Türkiyə, Azərbaycan və ŞKTC arasında media əlaqələrinin strateji əhəmiyyət daşıdığını bildirib.

Türk Aksakallılar Birliyinin sədr müavini, jurnalist Elnur Eltürk də çıxış edərək, Azərbaycanda fəaliyyətə yeni başlayan UİD rəhbərliyinə uğurlar arzulayıb və bu fəaliyyətlərin Türk dünyasının gələcəyi üçün mühüm olduğunu bildirib.

Ziyarətin sonunda xatirə şəkilləri çəkilib və UİD Azərbaycan rəhbəri Cengiz Aygörə xüsusi arzular və təbriklər çatdırılıb.

Seçilən
10
missiya.az

1Mənbələr