AZ

Yekaterinburq məhkəməsi Azərbaycan diasporunun rəhbərinin oğlunun həbsini qüvvədə saxlayıb

Yekaterinburq məhkəməsi Azərbaycan diasporunun başçısının hakimiyyət nümayəndəsinə qarşı güya zorakılıq etməsi işi üzrə iki ay müddətinə həbs edilmiş oğlu Mutvəli Şıxlinski barəsində qətimkan tədbirini qüvvədə saxlayıb...

Bu barədə “Report” Rusiya KİV-lərinə istinadən məlumat verir.

"Şıxlinski və onun vəkili birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Sverdlovsk vilayət məhkəməsi işin materiallarını nəzərdən keçirərək və tərəflərin fikirlərini dinləyərək Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsinin qərarını dəyişməz saxlayıb. M.Şıxlinski 2025-ci il sentyabrın 14-dək həbsdə qalacaq", - region məhkəmələrinin birləşmiş mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, Leninski Rayon Məhkəməsinin qərarı ilə 2025-ci il iyulun 16-da onun barəsində həbs qətimkan tədbiri seçilib. O, RF Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə guya cinayət törətməkdə ittiham olunur.

Xatırladaq ki, M.Şıxlinskinin həbsinə səbəb iyulun 1-də "Bakı Plaza" yaxınlığında baş vermiş hadisə olub. O zaman Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqdakı Azərbaycan diasporunun başçısı Şahin Şıxlinskiyə oğlu M.Şıxlinskinin idarə etdiyi avtomobildə hücum ediblər. M.Şıxlinski məhkəmədə bildirib ki, onun sağ tərəfində olan güc strukturu əməkdaşını görməyib və baş verənlərə görə təəssüf edir.

Poliqon.info

Seçilən
80
10
poliqon.info

10Mənbələr