AZ

Gəncə-Daşkəsən RTİ-də 206 müəllimi işdən kənarlaşdırıb

Bu il ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə sertifikasiya prosesində ümumilikdə 22 383 müəllim iştirak edib.Prosesə kimya, biologiya, fizika, coğrafiya və informatika fənlərini tədris edən müəllimlər ilk dəfə cəlb olunub.  

Eyni zamanda indiyədək sertifikatlaşdırmadan keçməyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri sertifiksiyada iştirak ediblər. 

Ümumilikdə 7 318 müəllimin cari ildə keçirilən qiymətləndirmə prosesində uğursuz nəticə göstərərək əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilmiş 7 318 müəllimin regionlar üzrə statistikası hər kəs üçün maraqlıdır. 

Xatırladaq ki, rəsmi açıqlamada ən uğursuz nəticə göstərən ünvan kimi Astara göstərimişdi.

AzEdu.az mövzu ilə bağlı regionlar arasında sorğu keçirib. 

Gəncə-Daşkəsən Təhsil İdarəsindən bildirilib ki, bölgə üzrə ümumilikdə 206 müəllimin əmək müqaviləsinə xitam verilib. 

Qeyd edək ki, Gəncə-Daşkəsən Təhsil İdarəsinin tabeliyində olan Gəncədə 69, Daşkəsəndə 9,Samuxda 32, Goranboy-Naftalanda 59, Göygöl rayonunda isə 36 müəllim işdən sertifikasiyadan uğursuz nəticə əldə edərək müəllimlikdən azad olunublar.

Digər regionlardakı müvafiq göstəricilərlə bağlı nəticələr barədə də məlumatları diqqətə çatdıracağıq.

 

Seçilən
69
20
azedu.az

10Mənbələr