Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası zamanı Azərbaycanla Ermənistan arasında baş verən proseslər müzakirə olunacaq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, iclasa ölkə başçısı Rəcəb Tayyib Ərdoğan başçılıq edəcək.
Bundan əlavə, iclasda Rusiya-Ukrayna müharibəsi, Suriya, Qəzza və PKK kimi mövzular ətrafında da fikir mübadiləsinin aparılması nəzərdə tutulub.