AZ

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB-1

İyulun 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, bu mərhələdə şəhərə köçürülən 166 nəfərdən ibarət 44 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Cəbrayıla daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

***

13.19

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.

APA xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 44 ailə (166 nəfər) köçürülüb.

Onlardan 34 ailə (121 nəfər) Bakı şəhərindən, 10 ailə (45 nəfər) Biləsuvar rayonundan yola salınıb.

***

07.21

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınıb.

Bu mərhələdə 44 ailə (166 nəfər) doğma torpağına qayıdır.

Onlardan 34 ailə (121 nəfər) Bakı şəhərindən, 10 ailə (45 nəfər) Biləsuvar rayonundan yola salınıb.

"Sevincimizin həddi hüdudu yoxdur. Allah şəhidlərimizə rəhmət eləsin. Bizim uğrumuzda çox əziyyətlər çəkildi. Yurdumuza qayıdırıq axır ki", - keçmiş məcburi köçkün Telvar Mahmudova deyib.

74 yaşında təqaüdçü kimi doğma torpağına qayıdan Rasim Məmmədov da gələcək günlərini vətənində xoşbəxt yaşamağı planlaşdırır.


"Allah prezidentimizə can sağlığı versin. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Yurdumuza, yuvamıza qayıdırıq", - digər keçmiş məcburi köçkün Səkinə Aslanova qeyd edib.

"Ana torpağa qayıdırıq. Çox sevincliyəm. Xalqımızın gözü aydın olsun. Allah prezidentimizə can sağlığı, ordumuza güc qüvvət versin ki, bizi bu töhmətdən qurtardılar" - keçmiş məcburi köçkün Feyruz Bayramov deyib.

Bayramov Növbəti Növbəti Aslanova Mahmudova Məmmədov
Seçilən
18
6
apa.az

10Mənbələr