AZ

Fələstin və Ermənistan Azərbaycanı müzakirə etdi

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Nyu-Yorkda keçirilən “İki dövlət prinsipi əsasında Fələstin məsələsinin sülh yolu ilə həlli”nə həsr olunmuş nazirlər konfransı çərçivəsində Fələstinin xarici işlər və diaspor üzrə dövlət naziri Varsen Ağabekyanla görüşüb.
Teleqraf xəbər verir ki, həmsöhbətlər ikitərəfli münasibətlərin inkişafına toxunub, mümkün birgə proqramlar ətrafında fikir mübadiləsi aparıblar.
Erməni Diplomatik Məktəbi tərəfindən xarici diplomatlar üçün həyata keçirilən təlim proqramında fələstinli diplomatların iştirakı məmnunluqla qeyd olunub.
Vaan Kostanyan və Varsen Ağabekyan Cənubi Qafqaz (Ermənistan-Azərbaycan sülh prosesi) və Yaxın Şərqdə cərəyan edən proseslərlə bağlı fikir mübadiləsi aparıb.


Seçilən
7
1
sherg.az

2Mənbələr