Türkiyə Təhlükəsizlik Şurasının Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasının gündəliyinə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələsi daxil edilib.
Referans xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ərdoğan bir müddət əvvəl bəyan etmişdi ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyə deyil, regionun digər ölkələrinə də xeyir verəcək.
“Türkiyə bu layihəni geosiyasi baxımdan son dərəcə vacib hesab edir. Zəngəzur dəhlizi bölgəmizi digərləri ilə birləşdirəcək və ticarəti canlandıracaq. Bizim əsas gözləntimiz bu xəttin ixtilaf mənbəyi deyil, harmoniya simvoluna çevrilməsidir”.
Onun sözlərinə görə, bu layihə həm də regionun çiçəklənməsinə töhfə verəcək və iqtisadi əməkdaşlığa əlavə təkan olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta