Azərbaycan Dəmir Yollarının (ADY) Bakı Beynəlxalq Dəniz Limanında 2025-ci ilin altı ayında 3.9 milyon tondan artıq yük aşırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 6.3% çoxdur.
İlin birinci yarısında limanda aşırılmış TEU konteyner (20 fut ekvivalenti) sayı isə 53 mini ötərək 2024-cü ilin analoji dövrünün göstəricisini 71.8% üstələyib.