AZ

"Naxçıvan İpoteka Fondu"nda nöqsanlar aşkar edilib

Bakı. Trend:

Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Naxçıvanİpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinə ayrılan dövlət vəsaitininvə digər dövlət əmlakının istifadə və idarəedilməsinin hüquqiaktlara uyğunluğunun auditi aparılıb. Audit 2023-2024 cü illəriəhatə edib.

Palatadan Trend-ə verilən məlumata görə, "Naxçıvan İpotekaFondu" Açıq Səhmdar Cəmiyyətinə (Cəmiyyət) Naxçıvan MuxtarRespublikası büdcəsindən ayrılan vəsaitlərin həcmi 2023-cü ilərzində 2 750 min manat təşkil edib, həmin vəsaitin 1 543,3 minmanatı güzəştli (4%) kreditə yönəldilib, 2024-cü ildə 2 750,0 minmanat təşkil edib, həmin vəsaitin tamamı və 2023-cü ildən qalıqkimi saxlanılmış 1 206,7 min manat yəni ümumilikdə 3 956,7 minmanat vəsait güzəştli (4%) kreditləşməyə yönəldilib.

Məlumata görə, cəmiyyət tərəfindən 2023-cü ildə adi ipoteka (8%)kreditləşməsinə 1 031,7 min manat, 2024-cü ildə isə 1 865,1 minmanat vəsait cəlb edilib. Cəmiyyətin 2023-cü ildə faizgəlirlərindən 485,1 min manat, 2024-cü ildə isə 589,2 min manatgəliri olub.

Qeyd edilib ki, cəmiyyətin 1 yanvar 2025-ci il tarixə aktivgüzəştli kreditlərin məbləği 11 605,7 min manat, adi kreditlərinməbləği 7 063,3 min manat olmaqla, ümumilikdə kredit portfeli 18668,9 min manat olub.

Güzəştli ipoteka kreditlərinə şamil edilməyən və güzəştlikateqoriyaya daxil olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş adiipoteka kreditləri hazırda yalnız Naxçıvan İpoteka Fondu ASC-ninyığımı hesabına maliyyələşdirilir. Bu istiqamət üzrə illikmaliyyələşmənin həcmi cəmi orta hesabla 1 000 000 (bir milyon)manat təşkil edir ki, bu vəsaitlə orta hesabla 7 nəfər vətəndaşipoteka kreditindən yararlana bilir. Mövcud vəziyyət əhalininmənzilə olan yüksək tələbatı fonunda kifayət qədər məhdud imkanyaradır və yalnız çox az bir hissəni əhatə edir.

Naxçıvan Muxtar Respublikasında vətəndaşların ipotekakreditlərinə çıxış imkanlarının sadələşdirilməsi və limitlərinmüəyyən olunması prosesində şəffaflıq və operativliyin təminedilməsi məqsədilə ipotekanın əldə edilməsi üçün müraciətlərinelektron sistem vasitəsi ilə həyata keçirilməsi üçün hüquqi vəelektron bazanın olmaması ipoteka kreditlərinin verilməsində birçox çətinliklər yaradır. Elektron sistem olmadığından vətəndaşlartərəfindən həm müvəkkil banklara, həm də İpoteka Fonduna çoxsaylı(təqribən illik 450 müraciətdən çox) müraciətlər olunur və müraciətedən vətəndaşa müvafiq sıranın çatması uzun müddət tələb edir.

Auditlə aşağıdakılar nöqsanlar müəyyən olunub.

✔ “Naxçıvan İpoteka Fondu” ASC tərəfindən 2023-cü il və sonrakıüç il üçün büdcədən vəsaitlərin ayrılması məqsədilə proqnozlayihəsi hazırlanaraq təqdim edilmişdir. Müvafiq proqnoz layihəsinəuyğun olaraq 2023-cü il üçün 850,0 min manat vəsait istənilsə də,büdcədən 2 750,0 min manat vəsait ayrılmışdır. Lakin müvafiq ilüzrə həmin vəsaitin 56,1%-i yəni 1 543,0 min manatı ipotekakreditləşməsinə yönəldilərək sərf edilmiş, 1 207,0 min manatı qalıqkimi saxlanılmışdır. Qeyd edək ki, vəsaitin hesabda qalıq kimisaxlanılması və ipoteka kreditləşməsinə cəlb edilməməsi Cəmiyyətingəlirlərinin azalmasına səbəb olmuşdur.

✔ Qanunvericiliyin tələbləri gözlənilməyərək 14 borcalan üzrə 90gündən çox gecikmə nəticəsində ümumilikdə 560,6 min manat vəsaitinmüvəkkil bankdan geri alınması ilə bağlı Cəmiyyət tərəfindənnəticəli tədbir görülməmişdir.

✔ Qanunvericiliyə zidd olaraq auditin əhatə etdiyi dövrdəNaxçıvanbank tərəfindən verilmiş cəmi 60 ipoteka krediti üzrə 3397,2 min manat vəsaitin ilkin maliyyəşməsi aparılmadan yenidənmaliyyələşdirməsi həyata keçirilmişdir. Müvafiq olaraq ilkinmaliyyəşmənin həyata keçirilməməsi nəticəsində sonrakı hər gün üçünyenidən maliyyələşdirməyə qədər hesablanmalı olan itirilmiş faizgəlirləri 21,2 min manat təşkil etmişdir.

✔ Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin2024-cü il 24 iyul tarixli Qərarı ilə ləğv olunan “Naxçıvanbank”ASC tərəfindən 2023-2024 cü illər üzrə məcmu kapitalın məbləği,adekvatlıq əmsalı, yüksək likvid aktivlərin cəmi aktivlərə nisbəti,ani likvidlik əmsalı, orta aktivlərin rentabelliyi və ortakapitalın rentabelliyi və filialların sayı barədə maliyyə-statistikgöstəriciləri barədə məlumatlar rüblük qaydada Cəmiyyətə təqdimedilməmiş, bu, kredit portfelinin keyfiyyətininqiymətləndirilməməsinə, problemli kreditlərin (təxirə salınmış vəya ödənilməyən borcların) yaranmasına səbəb olmuşdur.

✔ Cəmiyyətin Nizamnaməsinin tələbləri gözlənilməyərək strukturu,işçilərin say həddi, vəzifə maaşı və aylıq əməkhaqqı fondu 02fevral 2022-ci il tarixli 28 nömrəli Naxçıvan MuxtarRespublikasının Nazirlər Kabinetinin Qərarının 16 nömrəli əlavəsiilə təsdiq edilmişdir. Müvafiq olaraq auditin əhatə etdiyi dövrdəştat cədvəlləri həmin qərar əsasında tərtib və təsdiq edilərək,icrası həyata keçirilmişdir.

✔ Cəmiyyətə 2023 - 2024-cü illərdə büdcədən ayrılmış 5 500,0 minmanat vəsait “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”da özəksini tapmasına baxmayaraq həmin məbləğ “Mənfəət və ya zərər vədigər məcmu gəlir haqqında hesabat”da Cəmiyyətin gəliri kimitanınmamışdır.

Seçilən
69
14
az.trend.az

10Mənbələr