AZ

Türkiyə hökuməti qərar verdi: Formula 1-i qaytarırlar

Türkiyə Avtomobil Federasiyasının (TOSFED) prezidenti Eren Uklertopqraqi Türkiyə hökumətinin Formula 1 mərhələsini ölkəyə qaytarmaq istəyini açıqlayıb.

Publika.az xəbər verir ki, “Racingnews365” Uklertopqraqinin sözlərini sitat gətirib.

“Bir neçə ay əvvəl federasiyaya təyin olunduqdan sonra biz Formula 1 rəhbərliyi və FİA ilə fəal müzakirələr apardıq. Hökumət uzunmüddətli razılaşma ilə Türkiyəni Formula 1 təqviminə qaytarmağı öhdəsinə götürür. Bildiyiniz kimi, 2026-cı il təqvimi artıq açıqlanıb. Bununla belə, hər hansı səbəbdən hansısa mərhələnin keçirilməsi sual altına düşsə, Türkiyə Qran Prini təşkil etməyi öhdəsinə götürür.

Seçilən
74
22
publika.az

10Mənbələr