AZ

Mərkəzi Bank “Greentek Group” və “A-Solutions" MMC-lərə icrası məcburi göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) iki elektron pul təşkilatına icrası məcburi göstəriş verib.

 

Pravda.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, “Greentek Group” və “A-Solutions" MMC-lər elektron pul təşkilatlarına icrası məcburi göstəriş verilib. Belə ki, həyata keçirilən cari nəzarət tədbirləri çərçivəsində hər iki şirkətin 1 iyun 2025-ci il tarixinə qədər valyuta əməliyyatları barədə vahid informasiya sisteminə (VƏVİS) inteqrasiya təmin olunmadan xarici valyuta üzrə köçürmə əməliyyatları aparması faktları aşkar edilib. Bu əsasla təşkilatlara VƏVİS-ə inteqrasiya təmin olunmadan xarici valyutada köçürmə əməliyyatlarının aparılmasının dərhal dayandırılması barədə göstəriş verilib.

Tarix: 30 İyul 2025, 15:36   
Seçilən
51
14
pravda.az

10Mənbələr