AZ

Bu il 41 bağça müdiri işdən çıxarılıb

Bu il 41 bağça müdiri işdən çıxarılıb.

NOCOMMENT.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.

Bildirilib ki, 150 bağçada daxili keyfiyyət sisteminin qurulması üzrə monitorinqlər həyata keçirilib. Bu il əlavə 100 bağçada da keyfiyyət təminatı üzrə monitorinqlərin davam etdirilməsi planlaşdırılır.

Agentlik və yerli təhsili idarəetmə orqanları tərəfindən aparılan planlı monitorinqlər zamanı idarəetmə sistemi, pedaqoji proseslər və inzibati işlər yoxlanılır.

2025-ci ilin yanvar ayından etibarən müxtəlif səbəblərə görə 41 müdir işdən çıxarılıb və100-dən çox müdirə inzibati tədbirlər tətbiq olunub.

Seçilən
96
34
nocomment.az

10Mənbələr