AZ

O, yaşadığı şəhərdə yüksək vəzifədə olan yeganə azərbaycanlı həkimdir

Bakı. Trend:

Vüqar Süleymanov 1998-ci ildə ümummilli lider Heydər Əliyevintəşəbbüsü ilə Səudiyyə Ərəbistanına göndərilən ilk azərbaycanlıhəkimlərdəndir. O, hazırda Əl-Cübeyl şəhərindəki xəstəxanalarınbirində şöbə müdiri kimi çalışır və tibb sahəsindəki yüksəkixtisası, peşəkarlığı ilə seçilir.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, elmi fəaliyyətə xüsusi önəm verən həkim VüqarSüleymanov 2002-ci ildə elmlər namizədi, 2017-ci ildə isə elmlərdoktoru elmi dərəcəsi alıb. Soydaşımız Böyük Britaniya, Kanada,Fransa və ABŞ kimi ölkələrdə təhsil alıb, bu ölkələrin cərrahiyyəsahəsindəki təcrübələrinə yiyələnib.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları SəudiyyəƏrəbistanında azərbaycanlı həkim, tibb elmləri doktoru VüqarSüleymanovla görüşüb, Komitənin İctimai TV ilə ortaq layihəsi olan“Vətən uzaqda deyil” proqramı üçün müsahibə alıblar.

“Vətən uzaqda deyil” proqramının soydaşımıza həsr olunmuşburaxılışını bu linkə keçid edərək izləmək mümkündür: https://www.youtube.com/watch?v=A8iznvnvSPA&t=843s

Seçilən
53
2
az.trend.az

4Mənbələr