AZ

ADAU-nun İnnovasiya Mərkəzi beynəlxalq sertifikata layiq görülüb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən İnnovasiya Mərkəzi Global Innovation Institute (GINI) tərəfindən Akkreditə Olunmuş Biznes İnkubator (ABI) statusu alaraq rəsmi beynəlxalq sertifikatla təltif edilib.

"Unikal" xəbər verir ki, bu nailiyyət ADAU-nun innovasiya, sahibkarlıq və startup ekosisteminin inkişafına verdiyi davamlı dəstəyin və sistemli fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Qazanılan sertifikat aşağıdakı istiqamətlər üzrə mühüm irəliləyişlərin nəticəsidir:

- tələbələrin innovativ ideyalarının stimullaşdırılması;

- startapların inkişafı üçün effektiv mühitin yaradılması;

- akademik biliklərin real bazar ehtiyacları ilə inteqrasiyası;

- beynəlxalq əməkdaşlıqlar üçün yeni imkanların açılması.

Sertifikasiya prosesi çərçivəsində həyata keçirilən audit və akkreditasiya mərhələlərində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və Code Academy komandası tərəfindən göstərilən texniki və metodoloji dəstək əhəmiyyətli rol oynayıb.

Seçilən
12
3
unikal.az

10Mənbələr