"Allah milli komandamıza rəhmət eləsin!”
Yenisabah.az teleqraf-a istinadla xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının keçmiş prezidenti Ramin Musayev deyib.
O, futbol üzrə yığma komandanı artıq yox olduğunu bildirib və bunu Premyer Liqada legioner limitinin aradan qaldırılması ilə izah edib: Dördpendirli pizza
“Yerli futbolçuların azalmasına görə baş məşqçiləri qınamağa heç kimin haqqı yoxdur. Qınanılası bir qurum var, o da AFFA-dır. Limitlə bağlı qərarı komandalar yox, milli assosiasiya verib. K
lublar legioner oynatmaq imkanlarının olmadığını bilsələr, avrokubok qarşılaşmalarında da yerlilərdən yararlanarlar. Komandalar arxayındırlar ki, yerli futbolçu oynatmaq məcburiyyətləri yoxdur. Gəlin, biz klublarla yanaşı, millini də düşünək.
Milli komanda artıq yoxdur, olmayacaq da. Yaxın 5 ildə millidən heç bir nailiyyət gözləməyək. Kimi istəsəniz, baş məşqçi qoyaq, lap bütün yerli mütəxəssislər olsun, xeyri olmayacaq. Çünki millinin futbolçuları çempionatda oynamayacaqlarsa, yığmada da heç bir oyun göstərə bilməyəcəklər. Demək olar ki, Allah milli komandamıza rəhmət eləsin!”
Telegram kanalımız