AZ

Ceyhun Mirzəyevin qızı Moskva küçələrində – Xalq artisti şok detalları açdı

Ajans.az xəbər verir ki, Globalinfo.az məsələ ilə bağlı Rasim Balayevlə əlaqə saxlayıb. Xalq artisti artıq səfir Rəhman Mustafayevin onunla danışdığını deyib: “Səfir mənə dedi ki, Cəmalə Mirzəyeva Rusiya vətəndaşı olduğu üçün rəsmi olaraq dəstək göstərə bilmirlər. Lakin mən diasporaya müraciət etməyi planlaşdırıram. Ceyhun Mirzəyevin həyat yoldaşı Lidiya Qriqoryevna milliyyətcə tatar idi. O, Azərbaycanda prokurorluq və ədliyyə sistemində çalışıb, baş ədliyyə müşaviri olub”. Rasim Balayev qeyd edib ki, Lidiya Qriqoryevna təqaüdə çıxdıqdan sonra qızı ilə birlikdə Rusiyaya köçüb:

“Bakıda evlərini sataraq Pyatiqorsk şəhərində ev aldılar. Bir neçə il sonra, 2015-ci ildə Lidiya xanım dünyasını dəyişdi. Bundan sonra bir nəfər Cəmaləyə evlənəcəyi vədi verib və onun evini satdırıb. Müəyyən müddət onunla birlikdə yaşayıb, daha sonra isə qızı zərərli vərdişlərə alışdıraraq tərk edib. Nəticədə Cəmalə küçələrdə qalmalı olub. Biz bu vəziyyətə biganə qala bilmərik. Ceyhun Mirzəyev kimi sənətkarın, ədliyyə sistemində xidmət göstərmiş Lidiya xanımın övladı belə bir duruma düşməməlidir. Ümidim diasporamızadır”.

Seçilən
77
2
Ajans.az

3Mənbələr