AZ

"Leyptsiq" Simonsu bu qiymətə satmaq istəyir -SON DURUM

"Çelsi" "Leyptsiq"in niderlandlı yarımmüdafiəçisi Xavi Simonsla şəxsi müqavilə şərtlərini razılaşdırıb.

Fanat.Az "Sports Zone"yə istinadən xəbər verir ki, 22 yaşlı oyunçu ilə danışıqlarda İngiltərə klubunun baş məşqçisi Entso Mareska şəxsən iştirak edib.

Mənbə Almaniya klubunun Xavini 80 milyon avroya satmaq niyyətində olduğunu vurğulayıb. 

Qeyd edək ki, ötən mövsüm "Leyptsiq"in heyətində bütün turnirlərdə 32 matça çıxan Simons 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
29
fanat.az

1Mənbələr