AZ

BYD Azərbaycanda rəsmi tərəfdaşını seçdi - Tezliklə rəsmi satış və xidmət başlayacaq

Artıq Çinin BYD markası Azərbaycanda rəsmi olaraq "Group Motors" şirkətinin tərkibində fəaliyyət göstərir.

Marja.az-ın məlumatına görə, tezliklə "BYD Abşeron" satış mərkəzi fəaliyyətə başlayacaq.

"İnnovasiya, texnologiya və ağıllı mühəndisliyin adı olan BYD, artıq "Group Motors" ailəsinin bir parçasıdır. “Build Your Dreams” fəlsəfəsi ilə formalaşan bu tərəfdaşlıqla biz təkcə avtomobil təqdim etmirik - biz arzuları gerçəyə çevirən yeni bir dövrün qapısını açırıq. Yeni enerji ilə güclənən bu əməkdaşlıqla, sizi rəsmi BYD dilerimizdə qarşılayacaq, orijinal modelləri və satış sonrası xidmətləri ilə tanış edəcəyik. Tezliklə rəsmi satış və xidmət mərkəzimizlə sizi qarşılayacayıq", - "Group Motors" şirkətindən bildirilib.

Qeyd edək ki, Bakıda Badamdar şossesində yerləşən "BYD Motors" avtomobil mərkəzi BYD avtomobillərinin Azərbaycanda rəsmi dileri kimi özünü tanırdırdı. Daha sonra "rəsmi diler" ifadəsindən istifadə dayandırıldı və hazırda "BYD avtomobillərinin Azərbaycana idxalı və servisi üzrə müştərilərə xidmət göstərən mərkəz" olaraq reklam olunur. 

Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən "Group Motors", Azərbaycanın avtomobil bazarında lider şirkətlərdən biridir. Şirkət Toyota, Honda, Ford, Subaru, Mitsubishi, Neta və Mazda avtomobillərini Azərbaycan bazarında təqdim edir. Eyni zamanda, bu brendlərin avtomobilləri üçün ehtiyat hissələrinin təchizatını və texniki servis xidmətlərini təmin edir.

rəsmibydBYD-Abşerongroup-motors
Seçilən
45
marja.az

1Mənbələr