
“Suriya avqustun 2-dən etibarən gündəlik 3,4 milyon kubmetr təbii qaz qəbul etməyə başlayacaq. Bu qaz Azərbaycan tərəfindən tədarük olunacaq və Türkiyə ərazisindən keçərək Hələb vilayətinə çatdırılacaq”.
Yeniavaz.com SANA agentliyinə istinadla xəbər verir ki, bunu Suriyanın Energetika naziri Məhəmməd əl-Bəşir deyib.
Nazir qeyd edib ki, bu qədər qazla təxminən 900 meqavat elektrik enerjisi istehsal ediləcək. Onun sözlərinə görə, bu addım Suriya enerji sektorunu dəstəkləməyə yönəlmiş ortaq əməkdaşlıq çərçivəsində atılıb.