İranın paytaxtı Tehran şəhərində yerləşən "Şəhran" neft anbarında yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində anbarın ətrafını qara tüstü bürüyüb.
Anbarda 12 günlük müharibə zamanı İsrailin hava hücumlarında zədələnən neft çənləri olub. Çənlərin dibində yığılmış neft tullantıları tüstünün yaranmasına səbəb olub.