"Neftçi"nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin 4-cü qrupunda ilk oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, Siyasət Əsgərovun komandası Türkiyənin "Fomget" klubu ilə üz-üzə gələcək.
Allbaniyanın paytaxtı Tiranada keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. "Neftçi" qələbə qazanacağı təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək.
Bu görüşdə üstün olacaq tərəf II təsnifat mərhələsinə adlayacaq.
20:00. "Fomget" (Türkiyə) - "Neftçi"
Baş hakim: Hanna Layanen (İsveç).
Tirana. "House of Football Natural Pitch" stadionu