AZ

Maya Sandu: Rusiya Moldovadakı seçkilərə müdaxiləyə hazırlaşır

Rusiya Moldovadakı parlament seçkilərinə müdaxilə etməyə hazırlaşır.

 

“RİA Novosti” bildirir ki, bu barədə Moldova Prezidenti Maya Sandu məlumat verib.

 

Onun iddiasına görə, seçki korrupsiyasının maliyyələşdirilməsi təkcə kriptovalyuta vasitəsilə təxminən 100 milyon avro təşkil edir. Sandu əlavə edib ki, Rusiya Moldovadakı siyasi qurumlardan seçkilərin nəticələrinə təsir göstərmək üçün istifadə edir, həmçinin bəzi müstəqil deputatlığa namizədlərə dəstək olur. Lakin o bütün bunlara dair heç bir sənəd və ya başqa sübut təqdim etməyib.

 

Bundan əvvəl Moldova XİN parlament seçkiləri ərəfəsində Rusiyada yaşayan Moldova vətəndaşları üçün cəmi iki seçki məntəqəsinin açılmasını təklif etmişdi.

 

Qeyd edək ki, seçkilər sentyabrın 28-də keçiriləcək.

Seçilən
62
4
senzor.az

10Mənbələr