Bəs Azərbaycanda vəziyyət necədir? Niyə dövrümüzün alimləri geniş ictimaiyyətə, xüsusilə də gənclərə tanıdılmır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Razi Nurullayev bildirib ki, Azərbaycanda bu istiqamətdə ciddi boşluqlar var:
“Azərbaycanda elmi uğurlar əsasən mütəxəssis çevrəsində tanınır. Geniş ictimaiyyət, xüsusilə də gənclər isə çox vaxt bu uğurlar haqqında məlumatsız qalır. Halbuki alimlər yalnız laboratoriyada deyil, cəmiyyətin içində də görünən və dinlənilən şəxslər olmalıdır.
Onların həyat yolu, düşüncə tərzi və nailiyyətləri yeni nəslin formalaşmasında mühüm rol oynaya bilər”, - deyə deputat bildirib.
Deputatın fikrincə, problemin kökündə elmin cəmiyyətə təqdimatı ilə bağlı sistemli strategiyanın olmaması dayanır.
Nə televiziya proqramlarında, nə sosial mediada, nə də təhsil platformalarında Azərbaycan alimlərinin fəaliyyəti və nailiyyətləri yetərincə işıqlandırılmır.
“Gənclər daha çox şou-biznes nümayəndələri və sosial media fenomenləri ilə maraqlanır, çünki informasiya axını əsasən o istiqamətə yönləndirilir. Elm sahəsində çalışan insanlar üçün ictimai tribuna yaradılmalı, onların çıxışları, müzakirələri və ideyaları kütləyə çatdırılmalıdır.
Alimlər məktəblərə, universitetlərə dəvət olunmalı, ictimai tədbirlərdə fəal şəkildə iştirak etməlidirlər”.
Razi Nurullayev hesab edir ki, bu istiqamətdə dövlət səviyyəsində kompleks yanaşmaya ehtiyac var.
Onun sözlərinə görə, cəmiyyətin elmi dəyərlərə marağını artırmaq və gələcək nəsillərə nümunə göstərə biləcək alim obrazını formalaşdırmaq üçün yeni addımlar atılmalıdır:
10Mənbələr
-
demokrat.az“Alim obrazı dərsliklərdə deyil, real həyatda da cazibədar olmalıdır” — Razi Nurullayev ( 19869392)
-
avtosfer.azMəktəbli avtobuslarının fəaliyyətə başlaması BU SƏBƏBDƏN ləngiyir – AÇIQLAMA ( 19866737)
-
bizim.media“Alim obrazı dərsliklərdə deyil, real həyatda da cazibədar olmalıdır” – Razi Nurullayev ( 19865876)
-
bizim.mediaMəktəbli avtobuslarının fəaliyyətə başlaması BU SƏBƏBDƏN ləngiyir – AÇIQLAMA ( 19854440)
-
bizim.mediaBu şəxslərə ayda 200 manat ödəniləcək – Azərbaycanda ilk yaşanır ( 19844153)
-
demokrat.az“Təhsildə rus bölməsi üzrə nəticələr Azərbaycan bölməsi ilə müqayisədə aşağıdır” — AÇIQLAMA ( 19816355)
-
bizim.mediaAilələr arasında qarşıdurma yaradan CEHİZ – Məcburiyyət, yoxsa müasir dövrün maddi ÖHDƏLİYİ? ( 19812050)
-
sfera.azAzərbaycanda pensiya yaşı 70-ə qaldırılır? – Deputatdan AÇIQLAMA ( 19810370)
-
bizim.mediaAzərbaycanda pensiya yaşı 70-ə qaldırılır? – Deputatdan AÇIQLAMA ( 19807913)
-
xalqqazeti.azFüsunkar təbiətdən və elmdən güc alan alim ömrü ( 19789382)