AZ

ABŞ-da lift kabinəsində dəhşət: Cərrahın Başı Qopdu

ABŞ-da

ABŞ-ın Houston şəhərində yerləşən xəstəxanada 35 yaşlı cərrah Hitoshi Nikaydo lift qapıları arasında sıxılaraq həyatını itirib, - Mirror xəbər verir. Həkimin həmkarı onun cəsədi ilə birlikdə lift kabinəsində 20 dəqiqə qalıb, sonra yanğınsöndürənlər tərəfindən çıxarılıb.Faciə Müqəddəs İosif xəstəxanasında baş verib. Liftə daxil olarkən Nikaydonun çiyinləri sıxılıb və lift hərəkətə başlayıb. Nəticədə kişinin başı qopub. Hadisənin şahidi olan tibb işçisinə isə yaşadığı şok səbəbindən tibbi yardım göstərilib.Təhlükəsizlik araşdırması zamanı məlum olub ki, qəzanın səbəbi 14 nömrəli liftin idarəetmə sistemindəki əlavə naqil olub. Baş müfəttiş Ron Stil xidmət zamanı 22 pozuntu aşkarlayıb və illik yoxlamanın bir ay gecikməsi müəyyən edilib.Həyatını itirən həkim Yaponiyadan olan, uşaq vaxtı ABŞ-a köçmüş şəxs olub. O, 2003-cü ildə Texas Universitetini bitirib və atasının yolunu davam etdirərək cərrah olub.Qeyd edilir ki, statistikaya görə, ABŞ-da liftlər hər il təxminən 30 ölümə səbəb olur. Lakin mütəxəssislər bildirir ki, zədələnmə riski pilləkənlərdə liftdən daha yüksəkdir.Ulusum.az

Diqqət Çəkənlər

Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi

Məşhur aktrisa:“Gündə bir əsas yemək və hərəkət – sağlamlığımın sirri!” - FOTO

ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir

Seçilən
33
ulusum.az

1Mənbələr