UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və “Şelburn” (İrlandiya) komandaları arasında cavab görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolu rəqibin heyətində öz qapısına Con Martin göndərib.
68-ci dəqiqədə Kadi Borges penaltini qola çevirə bilməyib.
İlk oyunda rəqibi üzərində 3:0 hesablı qalibiyyət əldə edən Qurban Qurbanovun kollektivi III təsnifat mərhələsinə vəsiqə qazanıb.
Bu cütün qalibi III raundda FCSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.