AZ

Bakıda skuter sürən qızı maşın vurub öldürdü

Avtomobilin skuteri vurması nəticəsində dünyasını dəyişən azyaşlı qızın kimliyi məlum olub.

Bu barədə Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi polis kapitanı Toğrul Nəsirli məlumat verib.

O bildirib ki, sözügedən ərazidə hərəkət edən “Mersedes” markalı avtomobilin hərəkətdə olan skuteri vurması nəticəsində skuter sürücüsü Ülviyyə Əhmədova hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb.

***

Bu gün saat 19:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, D.Əliyeva və R.Behbudov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.

Seçilən
37
5
publika.az

10Mənbələr