AZ

Dondurmanın böyüklər və uşaqlar üçün təhlükəsi açıqlanıb

Endokrinoloq Nataliya Lazurenko bildirib ki, dondurma yemək qanda qlükoza səviyyəsini artırır.

Qaziler.az bildirir ki, bu barədə o, “Radio 1”ə müsahibəsində danışıb.

Həkim xatırladıb ki, dondurmanın tərkibində təkcə sürətli karbohidratlar deyil, həm də şəkər var.

“Səthi yanaşmaq olmaz, çünki qlükozanın səviyyəsi çox tez yüksəlir. Və qlükozanın yüksək sıçrayışı nəticəsində  mədəaltı vəz insulini kəskin şəkildə sərbəst buraxır, hansı ki sonra da kəskin şəkildə düşür. Bunlar aqressiv proseslərdir, - Lazurenko qeyd edib.

Ekspert dondurmanı ucuz enerji variantı adlandırıb. Həkim vurğulayıb ki, bu ləzzətdə sürətli karbohidratlarla yanaşı, qaymaq mənşəli yağlar da var. Onun sözlərinə görə, belə bir desert əlavə kalorilərlə zəngindir.

QAZİLER.AZ

Seçilən
10
qaziler.az

1Mənbələr