AZ

Xınalıq məktəbi təmir edilir

Azərbaycanın ən ucqar yaşayış məskənlərindən olan Qubanın Xınalıq kəndində məktəb binasının təmirinə başlanılıb.

Rəfayıl Kəlbiyev adına Xınalıq kənd internat tam orta ümumtəhsil məktəbində cari təmir işlərinin yeni tədris ili ərəfəsində yekunlaşdırılması nəzərdə tutulub. Məktəb binasının tavanı, fasadı və döşəməsi yenilənir.

Qeyd edək ki, son iki il ərzində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan 67-dən çox məktəbdə cari, 12 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib. 5 modul tipli yeni məktəb istifadəyə verilib, 7 məktəb binası isə sökülərək yenidən tikilib.

Hazırda Quba rayonunun Hacıhüseynli kəndində 528 şagird yerlik, Qusar rayonunun Kuzunqışlaq kəndində 220 şagird yerlik, Cibir kəndində 264 şagird yerlik, Şabran rayonunun Ağalıq kəndində isə 648 şagird yerlik məktəb binasının tikintisi davam edir.

XQ

Seçilən
36
xalqqazeti.az

1Mənbələr