Çempionlar Liqasının II təsnifat mərhələsinin növbəti qarşılaşmaları keçirilib.
Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın növbəti mərhələdəki rəqibi də bu gün müəyyənləşib. Ağdam klubu "Şelburn"a geridönüş etməyə imkan verməyərək, mərhələni adlayıb və III təsnifat mərhələsində FKSB-ni mübarizədən kənarlaşdıran "Şkendiya"ya rəqib olub.
III təsnifat mərhələsinə adını yazdıran klublar sırasına "Malmö", "Ludoqorets", "Ferentsvaroş", "Pafos", "Reyncers", "Lex", "Zaltsburq" və "Viktoriya" (Plzen) də qoşulub.
Dünən keçirilən oyunlardan sonra "Dinamo" (Kiyev), "Slovan" (Bratislava), "Kayrat" (Qazaxıstan), "Kopenhagen" (Danimarka) və "Srvena Zvezda" (Serbiya) III təsnifat mərhələsinə yüksəlib.
Çempionlar Liqası
II təsnifat mərhələsi
30 iyul
20:00 "Qarabağ" - "Şelburn" 1:0 (İlk matç 3:0)
21:00 "Malmö" (İsveç) - RFS (Latviya) 1:0 (4:1)
21:30 FCSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) 1:2 (0:1)
21:30 "Ludoqorets" (Bolqarıstan) - "Riyeka" (Xorvatiya) 3:1 (0:0) ("Qarabağ" ÇL-da mübarizəni dayandırsa, Avropa Liqasındakı rəqibi bu cütün məğlubu olacaq)
22:00 "Ferentsvaroş" (Macarıstan) - "Noa" (Ermənistan) 4:3 (2:1)
22:00 "Makkabi Təl-Əviv" (İsrail) - "Pafos" (Kipr) 0:1 (1:1)
22:00 "Panatinakos" (Yunanıstan) - "Reyncers" (Şotlandiya) 1:1 (0:2)
22:30 "Breydablik" (İslandiya) - "Lex" (Polşa) 0:1 (1:7)
22:45 "Zaltsburq" (Avstriya) - "Brann" (Norveç) 1:1 (4:1)
23:00 Servet" (İsveçrə) - "Viktoriya Plzen" (Çexiya) 1:3 (1:0)