AZ

Ukraynada 18–24 yaşlı gənclər üçün hərbi müqavilə imkanları genişləndirilir

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, 18–24 yaş arası gənclərin cəbhəyə göndərilməsi imkanları genişləndirilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında paylaşdığı video müraciətdə bildirib.

Onun sözlərinə görə, baş nazir Yuliya Sviridenko və müdafiə naziri Denis Şmıqal bu yaş qrupu üzrə müqavilələrlə bağlı tapşırıqları yerinə yetiriblər.

“Biz müdafiə qüvvələrinə qoşula biləcək şəxslərin dairəsini xeyli genişləndiririk,” — deyə Zelenski qeyd edib.

 

Seçilən
19
nocomment.az

1Mənbələr