ABŞ 14-dən çox ölkəyə qarşı avqustun 1-nə təyin edilmiş gömrük rüsumlarının tətbiqini təxirə salmayacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Amerika Prezidenti Donald Tramp “Truth Social” hesabında bildirib.
“Son tarix – 1 avqust dəyişməz olaraq qalır və uzadılmayacaq. ABŞ üçün vacib gündür!”, - o qeyd edib.
Qeyd edək ki, iyulun 7-də Tramp 14 ölkənin liderlərinə avqustun 1-dən ölkələrinə qarşı 25%-dən 40%-ə qədər gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.