AZ

Cənubi Koreya ABŞ-a 350 milyard dollar yatıracaq

Koreya Respublikası ABŞ iqtisadiyyatına 350 milyard dollar sərmayə qoymağa və Amerika şirkətlərindən ümumi dəyəri 100 milyard dollar olan sıxılmış təbii qaz (LNG) və digər enerji resurslarını almağa razılaşıb.

"Report"un məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.

"ABŞ-ın Koreya Respublikası ilə tam və hərtərəfli ticarət sazişinə razılaşdığını elan etməkdən məmnunam", - o "Truth Social" sosial şəbəkəsində yazıb.

"Sazişin şərtlərinə görə, Cənubi Koreya Birləşmiş Ştatlara 350 milyard dollar məbləğində sərmayə ayıracaq, bu sərmayələr ABŞ-a məxsus olacaq, onun tərəfindən nəzarət ediləcək. Bundan başqa, Cənubi Koreya 100 milyard dollarlıq LNG və ya digər enerji resursları alacaq və investisiya məqsədləri üçün əhəmiyyətli məbləğdə pul ayırmağa razılaşıb", - Tramp dəqiqləşdirib.

Nəzərdə tutulan investisiya həcmi iki həftə ərzində, Cənubi Koreya prezidenti Li Ce Mönun Vaşinqtona səfəri zamanı elan ediləcək. Tramp avtomobillər və kənd təsərrüfatı məhsulları da daxil olmaqla, Amerika malları üçün Koreya Respublikası bazarının tam açıq olacağına ümid edir. Eyni zamanda, ABŞ Cənubi Koreyadan idxal olunan mallara 15% gömrük rüsumlarını saxlayacaq.

Seçilən
92
39
report.az

10Mənbələr