AZ

Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vuruldu - NƏTİCƏLƏR

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, ikinci oyun günündə 10 görüş keçirilib.

Cavab matçlarının nəticələrinə əsasən, "Qarabağ" (Azərbaycan), "Malmö" (İsveç), "Ludoqorets" (Bolqarıstan), "Şkendiya" (Şimali Makedoniya), "Ferensvaroş" (Macarıstan), "Pafos" (Kipr), "Reyncers" (Şotlandiya), "Lex" (Polşa), "Zalsburq" (Avstriya) və "Viktoriya" (Plzen, Çexiya) komandaları növbəti raunda vəsiqə qazanıblar.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları:

30 iyul

 

20:00. “Qarabağ” (Azərbaycan) - "Şelburn" (İrlandiya) - 1:0

İlk oyun: 3:0

21:00. "Malmö" (İsveç) - RFS (Latviya) - 1:0

İlk oyun: 4:1

21:30. FKSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) - 1:2

İlk oyun: 0:1

21:30. "Ludoqorets" (Bolqarıstan) - "Riyeka" (Xorvatiya) - 3:1

İlk oyun: 0:0

22:00. "Ferensvaroş" (Macarıstan) - "Noa" (Ermənistan) - 4:3

İlk oyun: 2:1

22:00. "Makkabi Təl-Əviv" (İsrail) - "Pafos" (Kipr) - 0:1

İlk oyun: 1:1

22:45. "Panatinaikos" (Yunanıstan) - "Reyncers" (Şotlandiya) - 1:1

İlk oyun: 0:2

22:30. "Breydablik" (İslandiya) - "Lex" (Polşa) - 0:1

İlk oyun: 1:7

22:45. "Zalsburq" (Avstriya) - "Brann" (Norveç) - 1:1

İlk oyun: 4:1

23:00. "Servett" (İsveçrə) - "Viktoriya" (Plzen, Çexiya) - 1:3

İlk oyun: 1:0

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları avqustun 5-6-da keçiriləcək.


Bizim.Media

Seçilən
85
13
bizim.media

10Mənbələr