ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevə kobud cavab verib.
Publika.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” şəbəkəsində paylaşım edib.
"Rusiyanın uğursuz keçmiş prezidenti, hələ də özünü prezident hesab edən Medvedevə deyin ki, sözlərinə fikir versin. O, çox təhlükəli əraziyə daxil olur!", - Amerika lideri bildirib.
Bundan əvvəl Medvedev Trampın bəyanatlarına münasibət bildirib və bunları Rusiya ilə müharibəyə aparan “ultimatum oyunu” adlandırıb. O, Amerika liderinin “yuxulu Bayden”in yolu ilə getdiyini vurğulayıb.