AZ

Tramp Medvedevi hədələdi: “Ona deyin ki, sözlərinə diqqət etsin”

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev arasında mübahisə yaranıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Tramp “Truth Social” şəbəkəsindəki səhifəsində paylaşım edib.

Qeyd edək ki, bu yaxınlarda Medvedev Rusiyaya qarşı ikinci sanksiyaların tətbiq ediləcəyi təqdirdə ABŞ-ni müharibə ilə hədələyib və həmçinin bəyan edib ki, Rusiyanın Ukrayna ilə necə danışıqlar aparacağına qərar vermək Trampın işi deyil.

“Medvedevə, özünü hələ də prezident hesab edən, Rusiyanın uğursuz keçmiş prezidentinə deyin ki, sözlərinə diqqət etsin. O, çox təhlükəli əraziyə daxil olur!”, – deyə Tramp Medvedevin bəyanatına cavab olaraq yazıb.

Xatırladaq ki, ABŞ prezidenti bundan əvvəl də Medvedevlə mübahisə etmişdi. Məsələn, Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin İranın müttəfiqlərindən nüvə silahı ala biləcəyinə dair eyhamlarını tənqid etmişdi.

Tramp, həmçinin ötən gün Hindistana qarşı tətbiq edilən rüsumlara da münasibət bildirib, onları Rusiya ilə əlaqələndirib.

“Hindistanın Rusiyaya nə etdiyi məni maraqlandırmır. İstəyirlərsə, lap birlikdə öz ölü iqtisadiyyatlarını dibə sürükləsinlər. Biz onsuz da Hindistanla demək olar ki, heç bir iş görmürdük – onların tarifləri çox yüksəkdir, dünyada ən yüksək tariflərdəndir. Eynilə də Rusiya və ABŞ öz aralarında demək olar ki, heç bir iş görmürlər. Gəlin, hər şeyi olduğu kimi saxlayaq”, – deyə Tramp qeyd edib.

Seçilən
41
1
editor.az

10Mənbələr